Milli Məclisdə qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilib
- 13.06.2023 12:26
- 108 baxış
“Qazilərin də, heç olmasa, “bir abbası”larını verin”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı:
“Həmişə müdafiə etdiyim qazilərin “bir abbası”sının verilməsini xahiş edirəm. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar”.