Moskvaya dron hücumu: Hava limanları bağlandı
- 26.11.2023 09:46
- 106 baxış
Moskvanın Vnukovo və Domodedovo hava limanları qısa müddətə təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.
Məlumata görə, iki sərnişin təyyarəsi Vnukovo hava limanında gözləmə zonasında olub və üç reysin uçuşu gecikib. Domodedovoda isə bir reys yubanıb.
Daha sonra hər iki hava limanının fəaliyyətini bərpa etdiyi məlum olub. Gözləmə zonasındakı bütün sərnişin təyyarələri eniş rejiminə keçib, bir təyyarə isə havaya qalxıb.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin şəhərə dronlarla hücum cəhdləri barədə məlumat verib. Dronlar Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Mənbə: TASS