MSK səslərin 93,3 faizini sayıb: İlham Əliyev 92,05% səslə liderdir
- 08.02.2024 08:03
- 104 baxış
Seçki məntəqələrinin 93,32 faizindən daxil olan məlumatlar əsasında prezident seçkisinin ilkin nəticələri açıqlanıb.
GundelikXeber.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.
Qeyd edilib ki, həmin nəticələrə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 səs faizi (4281625 səs) ilə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19%-ni (101851 səs), Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% (37386 səs), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2% (92980 səs), Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67% (31033 səs), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% (81799 səs) və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53%-ni (24799 səs) toplayıb.