Müdafiə Nazirliyində struktur dəyişikliyi: Anar Eyvazov idarə rəisi oldu

Müdafiə Nazirliyində Mətbuat Xidməti ləğv edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədi ilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.

İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi Mətbuat Xidmətinin rəisi idi.

Digər Xəbərlər