Mürsəl Əliyevə yeni vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin olunub.

Edalettv.Az nazirliyə istinadən xəbər verir ki, MMC-nin yeni rəhbəri Mürsəl Əliyevdir.

O bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.

Digər Xəbərlər