Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu
- 25.04.2026 12:32
- 71 baxış
Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Edalettv.Az-ın məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.

