Naxçıvanda ayı ata və oğula hücum edib
- 19.10.2025 17:35
- 98 baxış
Naxçıvanda ayı ata və oğula hücum edib.
Edalettv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.
Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Tağı oğlu Məmmədov və onun övladı ayının hücumuna məruz qalıblar.
Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

