Nazir generala birinci müavin təyin etdi
- 03.10.2025 14:22
- 88 baxış
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevə birinci müavin təyin edilib.
Edalettv.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Fuad Fərhad oğlu Mehbalıyev Baba Salayevin birinci müavini təyin olunub.
Qeyd edək ki, Fuad Mehbalıyev bundan əvvəl FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

