“Nikosayağı”ya hökm oxundu
- 07.03.2024 10:19
- 87 baxış
“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə hökm oxunub.
Gundelikxeber.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nicat Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Eyni zamanda, N.Şakirli 3 il müddətinə də sürücülük hüququndan məhrum edilib.