Növbədənkənar prezident seçkisində namizədlərin topladığı yekun səslər məlum oldu
- 11.02.2024 18:03
- 97 baxış
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində namizədlərin topladığı yekun səslər məlum olub.
Bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkisinə dair protokolunda öz əksini tapıb.
Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkinin qalibi olub.
Digər namizədlərin səs faizi aşağıdakı kimidir:
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz (26 517 səs).
Xatırladaq ki, növbədənkənar prezident seçkisində seçici fəallığı 76, 43 faiz olub.