Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb

“Əgər Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması çox realdır”.

Bu açıqlama ilə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

O qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır.

N.Paşinyan vurğulayıb ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına dair yanaşması “Sülh kəsişməsi” layihəsi konsepsiyasında öz əksini tapıb.

N.Paşinyan söyləyib ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu rabitəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır.

Mənbə: TASS

Digər Xəbərlər