Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
- 22.04.2024 20:07
- 92 baxış
“Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı”.
Bunu Rusiyanın “Birinci Kanal”ının efirində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.