Peskovdan Moskvadakı terror aktı ilə bağlı mühüm açıqlama
- 25.03.2024 14:25
- 85 baxış
“Rusiya Prezidenti Vladimir Putin Moskvada törədilən terror aktından sonra həyata keçirilən tədbirləri müzakirə etmək məqsədi ilə martın 25-də iclas keçirəcək”.
Bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
D.Peskov vurğulayıb ki, Kreml istintaqın gedişi ilə bağlı şərh verməyəcək.
O, həmçinin əlavə edib ki, Rusiya xüsusi xidmət orqanları “Crocus City Hall”da baş vermiş terror aktının araşdırmasını müstəqil şəkildə həyata keçirir və yardım üçün başqa ölkələrə müraciət etməkdən söhbət gedə bilməz.
Rusiya prezidentinin mətbuat katibi həmçinin söyləyib ki, hazırda Kreml Rusiyada ölüm hökmünə qoyulan qadağanın aradan qaldırılmasının mümkünlüyü ilə bağlı müzakirə aparmır.
D.Peskov açıqlamasında terrorizmə qarşı mübarizəyə də toxunub.
O vurğulayıb ki, terrorizmə qarşı mübarizə beynəlxalq əməkdaşlıq tələb edir, lakin hazırkı gərgin vəziyyətdə buna dair kontaktlar yoxdur.
Mənbə: TASS