Polis dörd il əvvəl törədilən qətlin üstünü açdı

2019-cu ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində ov tüfəngi ilə öldürülən 57 yaşlı Tahir Qafarovu qətlə yetirməkdə şübhəli bilinən şəxs DİN əməkdaşları tərəfindən ifşa olunub.

Qafqazinfo.az-ın əldə etdiyi xəbərə görə, əməliyyat nəticəsində qətlin narkotik cinayətlərinə görə həbsdə olan 42 yaşlı Habil Dövlət oğlu Mirzəyev tərəfindən törədildiyi məlum olub.

O da məlum olub ki, onlar arasında münaqişə narkotik vasitələrin alqı-satqısı ilə bağlı yaranmış pul mübahisəsi ilə əlaqədar olub.

H.Mirzəyev 2019-cu il fevralın 21-də gecə saat 2 radələrində T.Qafarovu gözətçi işlədiyi bağda qətlə yetirib.

Digər Xəbərlər