Polşada azərbaycanlı tələbə vəfat etdi

Polşada azərbaycanlı tələbə vəfat edib.

Bu barədə "Odlar Yurdu" Gənclər İctimai Birliyi "Facebook" hesabında paylaşım edib.

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri Xəzər Cabbarlı dünən təhsil aldığı Polşanın Krakov şəhərində vəfat edib", - deyə paylaşımda qeyd olunub.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.

Digər Xəbərlər