Pontifik XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul etdi

Roma Papası XIV Leo andiçmə mərasimi çərçivəsində papalıq hakimiyyətinin iki rəmzini alıb: "balıqçı üzüyü" (Papa üzüyü) və palliumu (qoyun yunundan xaçlarla naxışlı lent).

Edalettv.Az TASS-a istinadla xəbər verir ki, bu qədim mərasim 267-cı Roma Papasının pontifikatının başlamasının rəmzini göstərir.

Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.

Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.

Digər Xəbərlər