Prezident İlham Əliyev üç gün ərzində and içəcək
- 13.02.2024 13:31
- 97 baxış
Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev üç gün ərzində and içəcək.
GundelikXeber.Az-ın xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkisinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq üç gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında prezident seçkisinin nəticəsi təsdiqlənib.