Prezident TƏSDİQLƏDİ - Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
- 10.06.2025 16:17
- 88 baxış
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib.
Edalettv.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

