Prezident və Birinci vitse-prezident Şuşada “Yasəmən” hotelinin açılışında iştirak ediblər

malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Hotelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.

Hotellə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Mehmandarovlar malikanə kompleksinin yuxarı hissəsində bərpa olunacaq binalar barədə də məlumat verilib.

Dövlət başçısı və birinci xanım hotelin həyətində yasəmən ağacı əkiblər.

Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” hotelləri, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” hoteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.

Digər Xəbərlər