Putin son günlərin gərginliyi fonunda Paşinyanın məktubundan danışdı
- 12.09.2023 14:35
- 104 baxış
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Ermənistanın hökumət başçısının ona zəng vurub-vurmadığı barədə sualı cavablandırarkən bildirib.
“Paşinyan mənə ətraflı məktub göndərdi. Biz onunla təmasdayıq. Ermənistanla, baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”, - deyə o vurğulayıb.
Putin Paşinyanın İrəvana nə Moskvanın, nə də KTMT-nin kömək etdiyi barədə iddialarını da cavablandırıb.
Onun sözlərinə görə, Ermənistanın bu iddiaları əsassızdır.
“Əgər İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, onda söhbət nədən gedir? Bütün məsələlərin əsas məğzi budur: Qarabağın statusunu Ermənistanın özü müəyyən edib”, - deyə o vurğulayıb.