"Qarabağ" İsveçdə "Hekken"ə qalib gəldi
- 06.10.2023 08:15
- 133 baxış
Dünən UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
GundelikXeber.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İsveçin "Hekken" klubunun qonağı olub. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağdam təmsilçisi qrupda ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda ilk turda Norveç "Molde"sini üstələmişdi (1:0).
H qrupunun digər matçında "Molde" "Bayer"i qəbul edib və 1:2 hesabı ilə uduzub.
5 oktyabr
UEFA Avropa Liqası
H qrupu
23:00."Hekken" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Juninyo, 70 (0:1)