"Qarabağ" "Molde" ilə heç-heçə etdi
- 01.12.2023 09:01
- 115 baxış
Dünən UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Nəticədə hər iki komanda xallarının sayını 7-yə çatdırıb. İndi H qrupunda "Qarabağ" 2-ci, "Molde" isə 3-cüdür. "Qarabağ" bugünkü heç-heçə ilə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
İlk turda Bakıda keçirilən "Qarabağ" - "Molde" matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Növbəti turda "Qarabağ" "Hekken"lə, "Molde" isə "Bayer"lə qarşılaşacaq.
H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edib və 0:2 hesabı ilə uduzub.
30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 2:2
Qollar: Olavio Juninyo, 11 (0:1), Kristian Eriksen, 83 (1:1), 88 (2:1), Bəhlul Mustafazadə, 90+5 (2:2)
Baş hakim: Erik Lambrexts (Belçika)
Norveç. Molde stadionu
00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya) - 0:2
Qollar: Viktor Bonifeys, 14 (0:1), Patrik Şik, 74 (0:2)