"Qarabağ"dan avrokuboklarda tarixi nəticə
- 15.12.2023 09:01
- 112 baxış
Dünən UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
GundelikXeber.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da qrupda sonuncu və vacib matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda "Hekken"i qəbul edib. Bugünkü görüş "Qarabağ" və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qalıb. İsveçdə keçirilən matçda "Hekken"ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələyib və 2-ci yerin sahibi kimi qrupdan çıxıb. Bununla da "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib.
14 dekabr
UEFA Avropa Liqası
21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:1
Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4 - Bədavi Hüseynov, 90+4-avtoqol
Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ")
Baş hakim: Yucin Caya (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
21:45."Bayer" (Almaniya) - "Molde" (Norveç) - 5:1
Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26, Hlozek, 60, 70 - Kitalano, 76 (5:1)