“Qarabağ”dan Avroliqaya ləyaqətli vida!

Dünən UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub.

GundelikXeber.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu mərhələnin cavab matçına çıxıb.

Ağdam klubu Almaniyada Bundesliqanın lideri "Bayer"in qonağı olub. Görüşdə "Qarabağ" 90+3-cü dəqiqəyədək qalib durumda olsa da, əlavə olunmuş dəqiqələrdə rəqib 2 qol vurub. Bununla da "Bayer" mərhələ adlayıb - 3:2.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı ilə başa çatmışdı. 

Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır. Leverkuzenlilər bütün turnirlər daxil 37 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 32-də qalib gəlib, 5 oyunda heç-heçə edib.  

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (3:2)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")

İlk oyun - 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. "Bay-Arena"

Digər Xəbərlər