Qaraçuxurda avtomobil piyadanı vuraraq öldürüb
- 04.01.2025 17:18
- 80 baxış
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyadavurma hadisəsi olub.
Edalettv.Az "Report"a istinadən xəbər verir ki, yanvarın 2-də saat 21 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi "Opel Vectra" markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Elnarə Polad qızı Rzayevanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

