Qazaxıstan Prezidenti: "Bu gün Azərbaycanın bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik"
- 16.11.2025 11:25
- 104 baxış
"Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik".
Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün "Mərkəzi Asiya+Azərbaycan" formatında iclasında bildirib.
Kasım-Jomart Tokayev əmin olduğunu bildirib ki, Azərbaycan bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

