Rahim Babayev Heydər cümə məscidinin icma sədri

Rahim Babayev — Mərdəkan Heydər Cümə Məscidinin İcma sədri, xalqın qayğısına qalan imanlı şəxsiyyət

Cəmiyyətimizdə elə dəyərli insanlar var ki, onların gördüyü işlər və göstərdiyi xidmətlər illərlə insanların yaddaşında qalır. Belə nümunəvi şəxslərdən biri də Mərdəkan Heydər Cümə Məscidinin İcma sədri Rahim Babayevdir.

Rahim müəllim uzun illərdir dini-mənəvi dəyərlərin qorunması, insanların maarifləndirilməsi və sağlam cəmiyyətin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. O, hər zaman məscidə üz tutan insanları səmimi qarşılayır, hər kəsə bərabər münasibət göstərir və dinimizin əsaslarını sadə dillə izah edir. Onun əsas məqsədi insanları doğru yola yönəltmək, gəncləri mənfi vərdişlərdən uzaq tutmaq və ailə dəyərlərini möhkəmləndirməkdir.

Rahim Babayev xalqın qayğısına qalan, ehtiyac sahiblərinə biganə qalmayan mərhəmətli Allah adamıdır. Şəhid ailələri, qazilər, ahıl insanlar və sosial baxımdan həssas ailələr daim onun diqqət mərkəzindədir. O, imkanı daxilində hər kəsə yardım etməyə çalışır, həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Rahim müəllim xeyirxahlığı nümayiş üçün deyil, vicdanla və səmimi qəlbdən edir.

Eyni zamanda Rahim Babayev dövlətinə sadiq, vətənpərvər vətəndaşdır. O, Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti hər zaman dəstəkləyir, ölkəmizin inkişafı naminə həyata keçirilən layihələri yüksək qiymətləndirir. Rahim müəllim inanır ki, güclü dövlət və birlik içində olan xalq Azərbaycanın parlaq gələcəyinin əsas təminatıdır.

Onun rəhbərliyi ilə Mərdəkan Heydər Cümə Məscidində dini mərasimlər, maarifləndirici söhbətlər və xeyriyyə tədbirləri mütəmadi olaraq təşkil olunur. Bu məscid təkcə ibadət yeri deyil, həm də insanların bir araya gəlib mənəvi rahatlıq tapdığı, qardaşlıq münasibətlərinin möhkəmləndiyi müqəddəs məkandır.

Rahim Babayev sadə, təvazökar və səmimi xarakteri ilə seçilir. O, gördüyü işləri reklam etmədən, səssiz şəkildə həyata keçirir. İnsanlarla münasibətdə dürüst, əməldə isə məsuliyyətlidir. Məhz bu keyfiyyətlər onu xalq arasında hörmətli və etibarlı şəxsə çevirib.

Belə imanlı, vicdanlı və dövlətinə bağlı insanlar cəmiyyətimizin mənəvi dayaqlarıdır. Rahim Babayev kimi şəxsiyyətlər gənc nəslə örnək olur, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə verirlər.

Uca Allah Rahim müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xeyirli fəaliyyətində daim uğurlar nəsib etsin. Gördüyü savab işlər qəbul olunsun


Hazırladı R.Əliyev

Digər Xəbərlər