Rəcəb Tayyib Ərdoğan Si Cinpin ilə görüşüb
- 31.08.2025 14:16
- 74 baxış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşüb.
Edalettv.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, görüş Türkiyə liderinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammitində iştirak etmək üçün səfərdə olduğu Tiencin şəhərində baş tutub.
Bildirilir ki, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər. Türkiyə prezidenti sammit çərçivəsində digər liderlərlə də görüşlər keçirəcək.

