Rəisinin dəfn tarixi və yeri dəqiqləşdirildi
- 20.05.2024 21:15
- 72 baxış
"İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək".
Bu barədə respublikanın vitse-prezidenti, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn mərasiminin təşkili komitəsinin rəhbəri təyin edilən Möhsün Mənsuri məlumat verib.
"Ayətullah Rəisinin dəfn mərasimi cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində keçiriləcək",- deyə o, IRIB TV-yə açıqlamasında deyib.
Mənsuri əlavə edib ki, İmam Rzanın məqbərəsi şiələrin əsas ziyarətgahlarından biri və Rəisinin doğma şəhəri Məşhəddə yerləşir.
Mənbə: TASS