Rəsmi Bakıdan İranın Naxçıvana dron hücumuna SƏRT REAKSİYA
- 05.03.2026 14:15
- 72 baxış
"Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır".
Edalettv.Az xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alıb.
Bildirilib ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

