Rusiya QXC-nin sədri: “Qarabağa ümumilikdə 15 ton humanitar yük çatdırılıb”

“Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blokpostundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır”.


“Rusiya Qızıl Xaç Cəmiyyəti (QXC) tərəfindən Qarabağa ümumilikdə 15 ton humanitar yük çatdırılıb”.

Bunu Ermənistan KİV-ə açıqlamasında Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Pavel Savçuk deyib.

“Yardım artıq əhaliyə paylanılır, daha sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin komandası Rusiyaya qayıdacaq”, - deyə Pavel Savçuk vurğulayıb.

Digər Xəbərlər