Ruslan Quliyev VƏFAT ETDİ

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.

Edalettv.Az Bizim.media-ya istinadən xəbər verir ki, o, İsmayıllı rayonunda qəfil infarkt keçirib.

Ruslan Quliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun cənazəsi Bakıya gətirilir.

Digər Xəbərlər