Sabah çimərliklərdə hava necə olacaq?
- 30.06.2024 14:31
- 59 baxış
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 01-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.