Sabah güclü maqnit qasırğası olacaq
- 30.11.2023 11:33
- 113 baxış
Sabah güclü maqnit qasırğası olacaq.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 27-28 noyabrda baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olacağı gözlənilir.
Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası nın olacağı proqnozlaşdırılır.