Sabunçu rayon 39 saylı MKİS-in rəisi Ələmdar Nəbiyev haqqında
- 05.07.2025 15:42
- 2439 baxış
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 39 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Ələmdar Nəbiyev fəaliyyəti ilə həm sakinlərin, həm də rəhbərliyin dərin hörmət və etimadını qazanmağı bacaran nümunəvi bir rəhbərdir. Onun rəhbərlik etdiyi ərazi daim səliqəli və təmiz saxlanılır, kommunal xidmətlərdə intizam və məsuliyyət hər zaman ön plandadır. Ərazidə aparılan abadlıq, təmizlik və yenilənmə işləri yüksək səviyyədə həyata keçirilir. Gecə-gündüz demədən, hər bir narahatçılığa operativ reaksiya verən Ələmdar müəllim, kollektivinə də peşəkarlıq və vicdanlı xidmət nümunəsi göstərir.
Ələmdar Nəbiyevin ən böyük fəzilətlərindən biri də onun şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi səmimi münasibət, qayğı və diqqətdir. O, bu müqəddəs insanlara xüsusi ehtiramla yanaşır, onların hər bir problemini öz problemi kimi qəbul edir. Hər bir şəhid ailəsi və qazinin qapısını döyüb halını soruşan, dəstək göstərən bir rəhbər kimi tanınır. Ələmdar müəllimin bu ali insani keyfiyyətləri cəmiyyətimizdə və dövlətimizdə şəhid ailələrinə olan qayğının ən gözəl təcəssümüdür.
Eyni zamanda, onun sadəliyi, insanlara açıq ünsiyyət qurması, nəzarət etdiyi ərazidə yaşayan sakinlərin istək və təkliflərini dinləməsi, onları diqqətlə araşdırması və real addımlar atması da onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Əməksevərliyi, prinsipiallığı və yüksək idarəçilik qabiliyyəti ilə Ələmdar Nəbiyev bu sahədə örnək göstəriləcək simalardan biridir.
Ələmdar Nəbiyev kimi vicdanlı, vətənpərvər və xalqına xidmət etməyi özünə borc bilən rəhbərlərin sayı çoxaldıqca ölkəmiz daha da gözəlləşəcək, cəmiyyətimiz daha da güclənəcək. O, təkcə idarə etdiyi sahənin deyil, ümumilikdə Sabunçu rayonunun nüfuzuna dəyər qatan dəyərli bir şəxsiyyətdir.
Hazırladı Gülqız Əliyeva

