Şahruddin Məhəmmədəliyev rəsmən "Qarabağ"da

"Qarabağ" klubu Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Edalettv.Az xəbər verir ki, "köhlən atlar"la 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.

Ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olacaq.

Məhəmmədəliyev 2016-23-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2023-cü ilin yayında "Qarabağ"dan Türkiyə klubuna transfer edilib.

Qeyd edək ki, Şahruddin "köhlən atlar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Digər Xəbərlər