Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
- 06.10.2025 19:21
- 74 baxış
Sabah Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.
Edalettv.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.
Belə ki, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

