Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNATLAR
- 01.03.2024 16:46
- 95 baxış
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi dəyişib.
“Qaynarinfo”nun məlumatına görə, xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Nicat Zəfər oğlu Həsənov vəzifəsindən azad olunub.
Rəis vəzifəsi müvəqqəti olaraq polkovnik Hüseyn Quliyevə həvalə edilib.
Həmçinin, işdən azad olunan Nicat Həsənova yeni vəzifə verilib.
M.İbrahimovun müvafiq əmri ilə o, rotasiya qaydası ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi təyin edilib.