Serbiyada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
- 15.02.2026 16:37
- 68 baxış
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

