Sərnişinlərin DİQQƏTİNƏ: Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək

"Formula-1" üzrə Azərbaycan Qran-pri yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verilib.

Qeyd olunub ki, yarışlarla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir.

Avtobusların yeni hərəkət sxemini təqdim edirik:

1 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Neftçilər" stansiyası),

46 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Əhmədli" stansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

2 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Dərnəgül" stansiyası) Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi,daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Xətai" stansiyası) Azadlıq prospekti - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrəfəaliyyət göstərəcək.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

6, 10, 18, 31, 37, 77, və 205 nömrəli avtobus marşrutları (istiqamət: metronun "İçərişəhər" stansiyası) Şeyx Şamil küçəsi - Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

65 nömrəli avtobus marşrutu (istiqamət: metronun "İçərişəhər" stansiyası) Murtuza Muxtarov küçəsi - Əhməd Cavad küçəsi - Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

88 nömrəli avtobus marşrutu (istiqamət: metronun "28 May" stansiyası) Azadlıq prospekti - Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

125 nömrəli avtobus marşrutu (istiqamət: metronun "28 May" stansiyası) Lökbatan dairəsi - Bakı Dairəvi yol - Mikayıl Müşfiq küçəsi - Badamdar dairəsi - Mikayıl Müşfiq küçəsi - Abdulla Şaiq küçəsi - Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, "28 Mall" t/m) əhatə edəcək.

149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.

E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.

Digər Xəbərlər