Şirvanda qanunsuz quraşdırılan yol nişanları: Polis hərəkətə keçdi - AÇIQLAMA

“Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları sökülüb”.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.


O qeyd edib ki, daxil olan məlumat əsasında Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları DYP əməkdaşları tərəfindən müəyyən edilərək müvafiq tədbirlər görülüb.

“Bir daha bütün hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, yol nişanlarının qanunsuz olaraq quraşdırılması qadağandır və bu hal məsuliyyət yaradır”, - deyə R.Tağıyev bildirib.

Qeyd edək ki, Şirvan şəhərində quraşdırılan qanunsuz yol nişanları ilə bağlı görüntü sosial şəbəkələrdə paylaşılmışdı.

Digər Xəbərlər