Slovakiya DİN: “Ölkə vətəndaş müharibəsinin astanasındadır”
- 16.05.2024 15:33
- 82 baxış
“Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı təşkil olunan sui-qəsdlə əlaqədar ölkə vətəndaş müharibəsinin astanasındadır”.
Bu barədə Slovakiya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatına qeyd olunur.
Bildirilib ki, siyasətçiyə qarşı sui-qəsd siyasi motivlərlə həyata keçirilib.
Xatırladaq ki, R.Fitsoya hücum mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri ağır yaralanıb.
Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır.