Sumqayıtda evdə doğulan körpə öldü
- 28.05.2025 16:13
- 72 baxış
Sumqayıtda doğuş faciəsi yaşanıb.
Edalettv.Az Lent.az-a istinadla xəbər verir ki, şəhər sakini, 2002-ci il təvəllüdlü S.Səlimova yaşadığı evdə doğuş keçirib.
Doğuş zamanı körpə ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

