Sumqayıtda hündürlükdən yıxılan 76 yaşlı kişi ölüb
- 08.01.2025 09:51
- 104 baxış
Sumqayıtda hündürlükdən yıxılan 76 yaşlı kişi ölüb.
Edalettv.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb.
Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

