Sumqayıtda hündürlükdən yıxılan uşaq ölüb

Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə 10-cu mikrorayonda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.

2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər