Sumqayıtda zavodda baş verən partlayışla bağlı RƏSMİ MƏLUMAT
- 20.05.2025 15:30
- 79 baxış
"20 may saat 12 radələrində "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayırıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib".
Qeyd olunur ki, hadisə nəticəsində beş nəfər xəsarət alıb, iki nəfərə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan üç şəxs xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi araşdırılır.

