Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
- 24.04.2024 16:19
- 94 baxış
Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, keçmiş məcburi köçkünlər Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcəklər.
Hazırda əhalinin köçürülməsi üzrə işlər davam etdirilir.