“Tesla” liderliyi əldən verdi
- 04.01.2024 09:05
- 97 baxış
ABŞ-nin “Tesla” şirkəti 2023-cü ilin dördüncü rübündə satılan elektrik avtomobillərinin sayına görə ilk dəfə olaraq rəqibi - Çin avtomobil istehsalçısı BYD-dən geri qalıb.
Oktyabr-dekabr ayları arasında “Tesla” dünya üzrə 484 507 elektrikli avtomobil satıb ki, bu da üçüncü rüblə müqayisədə 11 faiz çoxdur. Bununla belə, BYD 2023-cü ilin son üç ayında 526 409 elektrikli avtomobil sataraq rəqibini geridə qoymağı bacarıb.
Cəmi bir il ərzində “Tesla” 1,8 milyon elektrik avtomobili tədarük edib və hədəflərini aşıb. Analitiklərin fikrincə, 2024-cü ildə bu rəqəm 2,1 milyon avtomobilə çata bilər.
BYD isə keçən il 1,6 milyon elektrik avtomobili və daha 1,4 milyon hibrid avtomobil satıb.
Mənbə: lenta.ru