Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir
- 26.12.2024 11:27
- 77 baxış
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir.
Edalettv.Az "Report"a istinadən xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.

