Tovuzda azyaşlı xəstəxanada qızılcadan ölüb
- 05.02.2024 18:49
- 84 baxış
Tovuzda azyaşlı xəstəxanada ölüb.
APA-nın məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azyaşlı bu gün 16:00 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.